Bahar Muradova: Memarlıq və şəhərsalma prosesində qadınların rolu genişlənməlidir

A- A A+

Son illərin ictimai, siyasi və postmünaqişə reallıqları fonunda şəhərsalma artıq yalnız infrastruktur məsələsi deyil. Burada ilk növbədə, milli inkişaf, əhalinin və insanların maraqlarının nəzərə alınması, onlara qarşı sosial ədalətin və təhlükəsizliyin təmin olunması məsələsi ortaya çıxır.

NUHÇIXAN xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova komitənin təşkilatçılığı ilə keçirilən "Memarlıq və Şəhərsalma İli" çərçivəsində keçirilən "Qadın iştirakçılığının təbliği" mövzusunda keçirilən konfransda deyib.

Qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma işləri Azərbaycan standartları ilə reallaşdırılır. "Ağıllı şəhər", "Ağıllı kənd" konsepsiyasının tətbiqi, idarəetmə modellərinin formalaşdırılması, Azərbaycanın bu sahədə yeni bir inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir. Qlobal yanaşmalara nəzər salanda isə görürük ki, şəhərsalma getdikcə daha çox insan mərkəzli fəlsəfəyə əsaslanır. WUF13 kimi nüfuzlu təşkilat Azərbaycanda fəaliyyətə üstünlük verir. Bu kontekstdə şəhərsalma yanaşması artıq qlobal siyasətin ayrılmaz hissəsinə çevrilib.

“Qadınların şəhərsalma fəaliyyətlərində iştirakı həm ailə mühitinə, həm şəhər mühitinə, həm istirahət məkanlarına, həm də ictimai-siyasi və inzibati idarələrdə, binalarda və məkanlarda bəzi insanyönümlü və uşaqyönümlü məsələlərin nəzərə alınmasına mühüm töhfə verə bilərlər. Ona görə də memarlıq və şəhərsalma prosesində qadınların rolunu daha da genişləndirməyi vacib hesab edirik", -deyə Komitə sədri bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: