Füzulidə körpələr evi-uşaq bağçasının açılışı olub

A- A A+

Azərbaycanın işğaldan azad edilmiş və yenidən qurulan Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub.

NUHÇIXAN xəbər verir ki, açılış mərasimində iqtisadiyyat naziri Mikayıl Cabbarov, elm və təhsil naziri Emin Əmrullayev, Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov Füzuli şəhər sakinləri, o cümlədən körpələr iştirak edib.

Bildirilib ki, körpələr evi-uşaq bağçası 2 mərtəbəli, 240 yerlik olmaqla 2,4 hektar torpaq sahəsində inşa edilib. Binada qrup, inzibati, yataq otaqları, rəqs, idman və musiqi zalları, hovuz, soyunub-geyinmə otaqları, mətbəx, müasir avadanlıqlarla təchiz olunmuş metodika otağı, kompüter otağı, həkim otağı, dezinfeksiya otağı, izolyator palata, camaşırxana, tərəvəzlərin ilkin emalı sexi, tərəvəz sexi, ət-balıq sexi, quru ərzaq anbarı, işçi heyəti üçün yeməkxana, elektrik və server otaqları, həmçinin həyətində oyun meydançaları və digər zəruri infrastruktur qurulub.

Burada uşaqların ilkin biliklərə yiyələnməsi, rahatlığı və əylənməsi üçün bütün zəruri şərait yaradılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: