Xəzər dənizində 4,2 maqnitudalı zəlzələ baş verib

A- A A+

Xəzər dənizində 4,2 maqnitudalı zəlzələ baş verib.

NUHÇIXAN xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 21:09-da qeydə alınıb. Zəlzələ ocağı 74 kilometr dərinlikdə yerləşib.

Xatırladaq ki, bu gün saat 11:36-da da Xəzər dənizində zəlzələ qeydə alınıb. Zəlzələnin maqnitudası 3,2 olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: