NDU tələbələri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində istehsalat təcrübəsinə başlayıblar - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin Sosial iş ixtisası üzrə bakalavriat pilləsində təhsil alan IV kurs tələbələri Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində istehsalat təcrübəsinə başlayıblar.

Görüşdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova ilk öncə təcrübə keçəcək tələbələri salamlamış, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Ramilə Seyidova qeyd edib ki, Naxçıvan Dövlət Universiteti ilə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında bağlanmış müqaviləyə əsasən, aidiyyəti tələbələrin Komitədə istehsalat təcrübəsi keçməsi nəzərdə tutulub.

Sonra Komitənin fəaliyyət istiqamətləri, hüquq və vəzifələri, iş prinsipləri barədə məlumat verilib. Təcrübəçi tələbələrin hüquq və vəzifələri onların diqqətinə çatdırılmış, onlara uğurlar arzu olunub.

Daha sonra Komitə sədrinin müavini Aytən Məmmədova və Aparatın rəhbəri Eltun Həziyev çıxış edərək tələbələrə öz fikir və tövsiyələrini bildirib, onların istehsalat təcrübələrində uğurlar arzulayıblar.

Qeyd edək ki, istehsalat təcrübəsi 3 iyul 2026-cı il tarixində yekunlaşacaqdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: