Azərbaycan alimlərinin elmi-metodik vəsaitləri xüsusi diploma layiq görülüb - FOTOLAR

A- A A+

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, Rusiyanın paytaxtı Moskva şəhərində bu günlərdə Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin 75-ci sərgi pavilyonunda elmi və tədris ədəbiyyatının və digər nəşrlərin geniş ekspozisiyası təqdim edilib.

Təqdim olunan kataloqlarda 2004-2019-cu illər üçün Rusiya Təbiət Elmləri Akademiyasının nəşriyyatı tərəfindən dərc olunan kitablara dair məlumatlar, eləcə də son illərdə akademik qurum tərəfindən keçirilən tədris və metodik nəşrlərin sərgi tanıtımlarının materialları nümayiş etdirilib.

AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əliəddin Abbasovun və institutun Hidrogeologiya və mineral sular laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Fizzə Məmmədovanın “Naxçıvan Muxtar Respublikasının mineral suları” və ”Su-təbiətin möcüzəsi” elmi-metodik vəsaitləri də Rusiya Təbiət Elmləri Akademiyasının stendində təqdim olunub.

Təşkilat Komitəsinin qərarı ilə müəlliflər elm və təhsilin inkişafındakı xidmətləri nəzərə alınaraq xüsusi diploma və Xatirə medalına layiq görülüblər.

Qeyd edək ki, Azərbaycanlı alimlər hər iki nəşrlə 29-31 may 2019-cu il tarixində Nyu-Yorkda keçiriləcək BOOKEXPO AMERİCA 2019 Beynəlxalq Kitab Sərgisində iştirak etmək üçün dəvət də alıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: