Xocavənd rayonunun Xanoba kəndinə növbəti 13 ailə köçürülüb

A- A A+

Doğma yurduna aprelin 28-də yola salınan köç karvanı Xocavənd rayonunun Xanoba kəndinə çatıb.

NUHÇIXAN-ın məlumatına görə, bu mərhələdə Xanoba kəndinə köçürülən 60 nəfərdən ibarət 13 ailəyə mənzillərin açarları təqdim edilib.

Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: