“Naxçıvan” Universitetində sığorta maarifləndirməsi tədbiri keçirilib

A- A A+

NUHÇIXAN xəbər verir ki, “Naxçıvan” Universitetində sığorta fəaliyyəti və onun əhəmiyyəti ilə bağlı tədbir keçirilib.

Ali təhsil ocağının rektoru İsmayıl Əliyev ictimai həyatın əksər sahələrində, o cümlədən, iqtisadiyyatın inkişafında sığortanın rolundan, bu sahədə həyata keçirilən maarifləndirmənin əhəmiyyətindən danışıb.

Sonra universitetin İqtisadiyyat kafedrasının dosenti Əli Cabbarov cəmiyyət həyatının müxtəlif sahələrində insanlara rast gəlinən riskli halların yaratdığı maddi zərərlərin əvəzinin ödənilməsində sığortanın əhəmiyyətini qeyd edərək, onun  sosial müdafiəsindəki rolunu vurğulayıb.

Tədbirdə iştirak edən Naxçıvan Dövlət Baş Sığorta Agentliyinin Baş direktoru Hikmət Əsgərov muxtar respublikamızda sığorta işinin inkişaf etdirilərək onun kütləviliyinin təmin olunması istiqamətində aparılan maarifləndirmə tədbirlərindən danışıb. Qeyd olunub ki, artıq Naxçıvan Muxtar Respublikasında 25-dən artıq sığorta növü üzrə vətəndaşlara xidmətlər göstərilir.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: