Ali təhsil ocağında Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetində “18 aprel Beynəlxalq Abidələr və Tarixi yerlər Günüdür” mövzusunda elmi konfrans olub. Universitetin rektoru Saleh Məhərrəmov əlamətdar gün barədə məlumat verib.

Arxiv və muzeyşünaslıq kafedrasının müdiri Məmməd Əliyev “Muxtar respublikamızda tarixi-mədəni irsimiz qorunub yaşadılır” mövzusunda çıxış edərək, Naxçıvanın xalqımızın tarixi keçmişini parlaq şəkildə əks etdirən mağaralar, yaşayış yerləri, möhtəşəm qalalar, qayaüstü rəsmlər, daş qoç heykəlləri və türbələrlə zəngin olduğunu qeyd edib.

Kafedranın müəllimi Zenfira Seyidova “Naxçıvan Möminə Xatın türbəsi”ndən, kafedranın laborantı Nərmin Orucova “Naxçıvanqala Tarix-Memarlıq Muzey Kompleksi” mövzusunda çıxış ediblər.

Sonda tələbələrin  bədii qiraəti dinlənilib.

Badəm Məmmədova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: