Şahbuz rayonunda əmək yarmarkası keçirilib

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə növbəti əmək yarmarkası Şahbuzrayonunda keçirilib.Əmək yarmarkasına 22 müəssisədən 101 boş iş yeri çıxarılıb.

Tədbirdə çıxış edənlər bildirib ki, muxtar respublikamızda həyata keçi­rilən məşğulluq tədbirləri əhalinin sosial müdafiəsinin gücləndirilməsində, insanların daimi işlə təmin olunmasında mühüm rol oynayır.

Vurğulanıb  ki, Şahbuz rayonunda da təşkil edilən əmək yarmarkalаrı əhаlinin məşğulluğunun gücləndirilməsində, işахtаrаnlаrlа işəgötürənlər аrаsındа birbаşа əlаqələrin yаrаdılmаsında və məşğulluq оrqаnlаrının fəаliyyətlərinin səmərəliliyinin yüksəldilməsində mühüm əhəmiyyətə malikdir.

Sonda işaxtaran 16 nəfərə işə qəbul olunmaq üçün göndəriş verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: