Türkiyənin Şanlıurfa vilayətindən Azərbaycana minlərlə ting göndərilib

A- A A+

Türkiyənin Şanlıurfa vilayətinin Meşə təsərrüfatı idarəsi Azərbaycana minlərlə ting göndərib.

NUHÇIXAN xəbər verir ki, tingləri daşıyan iki yük maşını ödənişsiz əsaslarda “Ağıllı tinglik” Türkiyə-Azərbaycan layihəsi çərçivəsində ölkəmizə yola salınıb.

Həmin ağac tingləri arasında şam, badam, sərv, lavanda, yasəmən, püstə, sidr və digərləri var.

“Yaşıl” Vətən – bizim sevgimiz” devizi altında həyata keçirilən layihə iki qardaş ölkə arasında ətraf mühitin qorunması sahəsində dostluğu və əməkdaşlığı gücləndirməyi hədəfləyir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: