Nazirlər Kabineti "Maliyyə Nazirliyinin kollegiyasının tərkibi haqqında" 11 avqust 2016-cı il tarixli qərarında dəyişiklik edib.
NUHÇIXAN xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, kollegiya üzvlərinin sayı 13-dən 15-ə çatdırılıb və aşağıdakı kimi təsdiq edilib:
Kollegiyanın sədri
-maliyyə naziri
Kollegiyanın üzvləri
-maliyyə nazirinin I müavini
-maliyyə nazirinin müavinləri
-Naxçıvan Muxtar Respublikasının maliyyə naziri
-Maliyyə Nazirliyi Aparatının rəhbəri
-Maliyyə Nazirliyi Aparatının rəhbərinin müavinləri
-Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi
-Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru
-Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru
-Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinin direktoru.
