Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov Naxçıvanda vətəndaşları qəbul edəcək.
NUHÇIXAN-ın məlumatına görə, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Gömrük Komitəsinin sədri Şahin Bağırov mayın 6-da vətəndaş qəbulu keçirəcək.
Qəbul zamanı Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
