Kəmaləddin Heydərov Naxçıvanda vətəndaşları qəbul edib - FOTOLAR
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov aprelin 30-da Naxçıvan şəhərində vətəndaş qəbulu keçirib.
Nazirlikdən NUHÇIXAN-a verilən xəbərə görə, əvvəlcə, nazir K.Heydərov Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib.
Sonra fövqəladə hallar naziri tərəfindən qəbul edilən Naxçıvan Muxtar Respublikası sakinlərinin müraciətlərinin əksəriyyəti yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə Nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib.
Qəbula gələn vətəndaşlar onların müraciətlərinə yerində və operativ yanaşılması üçün yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıq ediblər.