“e-Sosial” mobil tətbiqi “mygov”a tam inteqrasiya olunaraq fəaliyyətini dayandırıb

A- A A+

Bu gündən “e-Sosial” mobil tətbiqi “mygov” platformasına tam inteqrasiya olunması ilə əlaqədar fəaliyyətini dayandırıb.

Bu barədə NUHÇIXAN-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, ölkə Prezidentinin Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı”nın icrası istiqamətində görülən işlərin davamı olaraq tətbiqdəki xidmətlər “mygov” platformasına tam inteqrasiya olunub.

Bununla əlaqədar vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim olunan rəqəmsal xidmətlərə mobil vasitələrlə çıxışı bundan sonra yalnız “mygov” mobil tətbiqi vasitəsilə təmin ediləcək.

Qeyd edək ki, sosialyönümlü xidmətlərin vahid rəqəmsal ekosistemdə cəmləşdirilməsi dövlət xidmətlərinin “bir pəncərə” prinsipi əsasında təşkilinə, rəqəmsal resurslardan səmərəli istifadə və texnoloji infrastrukturun optimallaşdırılmasına, eyni zamanda xidmətlərin daha proaktiv və effektiv şəkildə təqdim olunmasına xidmət edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: