Naxçıvan şəhərində 40-dan çox işəgötürənin iştirakı ilə əmək yarmarkası keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Naxçıvan şəhərində əmək yarmarkası təşkil olunub.

Yarmarkada çıxış edən Agentliyin İdarə Heyətinin sədri Rasim Piriyev bildirib ki, aktiv məşğulluq tədbirləri çərçivəsində təşkil olunan əmək yarmarkaları işsiz və işaxtaran şəxslərin əmək bazarına çıxışına və onların məşğulluğunun təmin olunmasına mühüm dəstək verir. O qeyd edib ki, əmək yarmarkası dövlət və özəl qurumların nümayəndələrinin ixtisaslı kadrlara olan ehtiyaclarının qısa zamanda ödənilməsi baxımından da faydalıdır.

Yarmarkada 40-dan çox özəl və dövlət müəssisəsindən ümumilikdə 200-ə yaxın vakansiya işsiz və işaxtaran vətəndaşlara təqdim olunub. 

Vakansiyalar üzrə müraciət edən şəxslərin işlə təmin olunması istiqamətində tədbirlər görülməyə başlanıb.

Bundan əlavə, tədbir zamanı işsiz və işaxtaran şəxslər Agentlik tərəfindən icra olunan aktiv məşğulluq tədbirləri barədə də məlumat almaq imkanı əldə ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: