“Molla Nəsrəddin” jurnalının nəşrinin 113-cü ildönümü qeyd olunub - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, AMEA-nın Naxçıvan Bölməsində “Molla Nəsrəddin” jurnalının nəşrinin  113-cü  ildönümünə həsr olunmuş elmi konfrans keçirilib.

Konfransda Bölmənin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, “Molla Nəsrəddin” jurnalı görkəmli yazıçı Cəlil Məmmədquluzadənin təşəbbüsü, redaktorluğu və naşirliyi ilə fəaliyyətə başlayıb. O, jurnalistika peşəkarlığı, müxbirlik məharəti, milli ideallığı, xalqa bağlılığı, eləcə də müasirliyi və bəşəri dəyərlərə hörməti ilə Azərbaycan milli mətbuat tarixi və onun inkişafında misilsiz yer və mövqe tutur.

Sonra AMEA-nın  müxbir üzvü Əbülfəz Quliyev “Molla Nəsrəddin və dil məsələsi”, Bölmənin İncəsənət, Dil və Ədəbiyyat institutunun  ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ramiz Qasımov “Molla Nəsrəddin jurnalı və mollanəsrəddinçilik”, filologiya üzrə fəlsəfə doktoru Aytən Cəfərova  “Molla Nəsrəddin jurnalı və folklor”,  həmin institutun əməkdaşı Şəmsiyyə Zalova “Molla Nəsrəddin jurnalında qrafika sənəti” mövzularında çıxışlar ediblər.

Bildirilib ki,  “Molla Nəsrəddin” jurnalı Azərbaycanın tarixi ərazilərini əhatə edib, sözün əsl mənasında böyük və bütöv Azərbaycan ideyasını ortaya qoyub. Vətən, dil və milli istiqlal məsələsi jurnalın əsas məqsədi və yaradıcılıq məramını təşkil edib.

Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: