Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublika Xəstəxanası Hematransfuzioloji briqadasının iştirakı ilə Ordubad Rayon Mərkəzi Xəstəxanasında aksiya keçirilib.
Səhiyyə işçilərindən və ictimaiyyətin nümayəndələrindən “Çoxlarının həyatının xilası sənin qanının təhlükəsizliyindədir” devizi altında qan götürülüb. Əvvəlcə donorlar arterial təzyiq, hepatit, QİÇS və digər yoluxucu xəstəliklərə görə müayinədən keçirilib. Bir neçə saat davam edən könüllü qanvermə aksiyasında 26 donordan götürülən 13 litr qanın qrupları müəyyənləşdirilərək ikili və üçlü torbalarda Qan bankına təhvil verilib.