Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Naxçıvan Muxtar Respublikasına səfər edib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, mayın 6-da Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov Naxçıvan Muxtar Respublikasına səfər edib.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov və Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzi meydanında ucalan abidəsini ziyarət ediblər. Abidə önünə gül dəstələri düzüb, Ulu Öndərin xatirəsini ehtiramla anıblar.