“Naxçıvan” Universitetində “Müasir kompüter,smartfon və Günəş şüalarının  gözə zərəri” mövzusunda tədbir keçirilib

A- A A+

NUHÇIXAN xəbər  verir ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyin əməkdaşları cərrah-oftalmoloq Kəmalə Əliyeva və Aynur Rzayeva  tərəfindən “Naxçıvan” Universitetində  “Müasir kompüter,smartfonların və Günəş şüalarının gözə zərəri” mövzusunda seminar keçirilib.

Tədbiri giriş sözü ilə universitetin  prorektoru Hüseyn Bağırsoylu açaraq  tədbirin əhəmiyyətindən danışıb.

Aynur Rzayeva  və Kəmalə Əliyevanın “Müasir kompüter,smartfonların və Günəş şüalarının   gözə zərəri” mövzusunda çıxışları dinlənilib.

Qeyd olunub ki,  Naxçıvan Muxtar  Respublikasında bütün sahələrdə olduğu kimi oftalmologiya  elminin inkişafınada yüksək diqqət və qayğı göstərilir.Hazırda müasir tibbi avadanlıqlarla təchiz olunmuş  Naxçıvan Muxtar Respublika Xəstəxanasında  istənilən göz əməliyyatını ən yüksək səviyyədə  həyata keçirmək mümkündür.

Sonda tədbirdə fəal iştirak edən tələbələrə  Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və “Bakcell” MMC  tərəfindən  müxtəlif  hədiyyələr təqdim edilib.

 

Seyfur Hacımuradov

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: