Mayin 8-də “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) tərəfindən planlı təmir-bərpa işləri aparılacaq.
RETSİ-dən NUHÇIXAN-a bildirilib ki, bu məqsədlə 110/35/10 kV-luq Sədərək yarımstansiyasından qidalanan 35 kV-luq Sədərək hava xəttində elektrik naqillərinə toxunan ağac budaqları kəsiləcək. Aparılan budama işləri ilə əlaqədar Sədərək, Qaraağac kəndləri ve Heydərabad qəsəbəsinin elektrik enerjisinin verilişi saat 13:00-dan 14:00-dək dayandırılacaq.
Qeyd edək ki, həyata keçirilən tədbirlər enerji təchizatı sistemlərinin gücləndirilməsi, etibarlılığın artırılması və texniki baxışların aparılması məqsədi daşıyır. Bu çərçivədə elektrik xətlərində və yarımstansiyalarda mərhələli təmir işləri aparılır.
