2025-ci ildə ailə mühitindən, pedaqoji və ictimai təsir vasitələrindən kənarda qalan 936 uşaq və buna şərait yaradan 511 valideyn aşkarlanıb.
NUHÇIXAN xəbər verir ki, bununla bağlı məsələ İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında öz əksini tapıb.
Hesabat Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb.
Bildirilib ki, nəticədə yerli icra hakimiyyətləri yanında komissiyalara, qəyyumluq və himayə orqanlarına 510 material göndərilib, 32 valideyn inzibati məsuliyyətə cəlb edilərək polis nəzarətinə götürülüb, habelə uşaqların kənar şəxslər tərəfindən dilənçiliyə cəlb edilməsi faktı müəyyən edilməyib.
