Sirab kəndində avtomobil qəzası nəticəsində qaz xətti zədələnib

A- A A+

NUHÇIXAN xəbər verir ki, Babək rayonunun Sirab kəndində avtomobil qəzası nəticəsində qaz xətti zədələnib.

Hadisə bu gün səhər saat 08:30 radələrində baş verib. Minik avtomobilinin qaz xəttinə çırpılması nəticəsində xətt yararsız hala düşüb.

Təhlükəsizlik məqsədilə ərazidə qazın verilişi dayandırılıb. Hazırda aidiyyəti qurum tərəfindən təmir-bərpa işləri aparılır.

Bildirilib ki, qazın verilişinin yaxın saatlarda bərpa olunması planlaşdırılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: