Naxçıvan FHN-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqdar tədbir keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər. Sonra Heydər Əliyev Muzeyi ziyarət olunub.

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyində keçirilən tədbir Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri general-mayor Şahin Mirzəyev Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunması, möhkəmləndirilməsi və inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi misilsiz xidmətlərdən ətraflı bəhs edib. Bildirilib ki, xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ölkədə mövcud olan siyasi böhranın aradan qaldırılmasında, sabitliyin təmin edilməsində, dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsində və milli birlik mühitinin formalaşdırılmasında mühüm rol oynayıb.

Qeyd olunub ki, Ümummilli Liderin rəhbərliyi dövründə ölkəmizdə bütün sahələrdə olduğu kimi, təhlükəsizlik sisteminin gücləndirilməsi, əhalinin və ərazilərin təhlükəsizliyinin təmin olunması, fövqəladə halların qarşısının alınması istiqamətində də mühüm addımlar atılıb, müasir idarəetmə prinsiplərinə əsaslanan dövlət quruculuğu prosesi uğurla həyata keçirilib. Vurğulanıb ki, Dahi Rəhbərin müəyyən etdiyi inkişaf strategiyası bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmiz beynəlxalq arenada öz mövqeyini daha da gücləndir və davamlı inkişaf yolunda inamla irəliləyir.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Emin Şıxəliyev çıxış edərək bildirib ki, Ulu Öndərin ideyaları hər zaman yaşayacaq və gələcək nəsillər üçün örnək olacaq, yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoyan Azərbaycan xalqı bundan sonra da bu müqəddəs mirası qoruyub saxlayaraq yeni uğurları ilə region və dünya sivilizasiyasına öz töhfəsini verəcəkdir.

Sonda Ümummilli Liderin həyat və siyasi fəaliyyətindən bəhs edən videomateriala baxış olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: