Üç ayda Naxçıvan-Bakı-Naxçıvan marşrutu ilə 9 min 300-dən çox sərnişin daşınıb

A- A A+

Bu ilin ilk rübündə Naxçıvan-Bakı-Naxçıvan marşrutu ilə Naxçıvandan Bakıya 4 min 525, Bakıdan Naxçıvana isə 4 min 806 sərnişin daşınıb.

Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətindən NUHÇIXAN-a bildirilib ki, xidmət tərəfindən cari ilin birinci rübündə muxtar respublika əhalisinə göstərilən avtonəqliyyat xidməti səviyyəsinin yüksəldilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilib. Hesabat dövründə avtovağzalların fəaliyyəti diqqətdə saxlanılıb, sərnişinlərə xidmətin səviyyəsinin yüksəldilməsi üçün tədbirlər görülüb, sürücülərin ayda iki dəfə qrup şəklində muzeylərə ekskursiyaları və seminar-müşavirələr təşkil olunub.

Ötən dövrdə Naxçıvan-İqdır-Naxçıvan marşrutunda gündəlik sərnişindaşıma xidməti həyata keçirilib. Sərnişinlərin rahatlığını təmin etmək üçün Naxçıvan-Bakı marşrutunda işləyən avtobuslardan birinin hər gün Şərur və Culfa avtovağzallarından yola salınması, Şahbuz və Ordubad avtovağzallarında isə bu avtobusa bilet satışı işi davam etdirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına uyğun olaraq, sərnişinlərin vaxt itkisinin azaldılması məqsədilə Naxçıvan-Bakı-Naxçıvan marşrutunun axşam reysləri də təşkil edilib. Türkiyə ilə Naxçıvan arasında turların təşkil olunması üçün Türkiyənin “Babək Turizm” və “Ata-Tur Turizm” şirkətləri ilə danışıqlar aparılıb, sərnişindaşıma fəaliyyəti göstərilməsi üçün müqavilələr bağlanılıb.

Naxçıvan Dövlət Texniki Kollecinin Yol hərəkətinin təşkili ixtisasında təhsil alan IV kurs tələbələrinin xüsusi qrafik üzrə xidmətdə və tabe təşkilatlarda istehsalat təcrübələrinin keçirilməsi işi təşkil olunub. Həmçinin muxtar respublika üzrə avtomobil nəqliyyatı ilə sərnişin daşınması fəaliyyətinə lisenziyaların verilməsi işi davam etdirilib, hesabat dövründə muxtar respublika üzrə avtomobil nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti göstərmək üçün 734 sahibkar lisenziyaya cəlb edilib, 761 avtonəqliyyat vasitəsinə lisenziya kartı verilib.

Xidmətin Reyd komissiyası Nəqliyyat müfəttişliyi və təhlükəsizlik şöbəsi ilə birlikdə reydlər keçirib, şəhərdaxili və rayonlararası marşrutlarda hərəkət qrafikinə nəzarəti artırıb, qanunsuz sahibkarlıqla məşğul olan avtonəqliyyat vasitələri müəyyən edilərək tədbir görülməsi üçün onlar haqqında məlumat müvafiq təşkilatlara göndərilib. Avtonəqliyyat vasitələri ilə təhlükəsiz sərnişin daşınmasına, marşrut qrafikinə, xətdə olarkən avtobusların sürət həddinə nəzarət olunması üçün Naxtel 4G monitorinqizləmə sistemindən daim istifadə olunub.

Muxtar respublikanın bütün yaşayış məntəqələri marşrutla təmin edilib, 496 taksi sərnişindaşıma xidməti göstərib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: