“Ağıllı uşaq” əyləncəli intellektual oyunu keçirilib - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, Naxçıvan şəhər 7 №-li uşaq bağçasında məktəbəqədər hazırlıq qruplarında olan 5-6 yaşlı uşaqlar arasında “Ağıllı uşaq” əyləncəli intellektual oyunu keçirilib. Uşaqların iştirakı ilə vətənpərvərlik mövzusunda olan kompozisiya və rəqs nümayiş edildikdən sonra oyuna start verilib. İki mərhələdən ibarət olan oyunda 4 komanda iştirak edib. Birinci mərhələdə uşaqlar düyməyə basmaqla 30 sualı, ikinci mərhələdə isə onlara təqdim olunmuş 5 şəkilli sualı cavablandırıblar. Sonda daha çox suala düzgün cavab verərək “Səma” komandası I, “Zəfər” komandası II, “Zirvə” və “Şəfəq” komandaları III yerlərə layiq görülüblər. Qaliblərə təşkilatçılar tərəfindən diplom, fəxri fərman və rəngli və nağıl kitabları təqdim olunub. 

20 nəfər uşağın iştirak etdiyi intellektual oyun Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Naxçıvan Şəhər İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilib. İntellektual oyun Gənclər və İdman Nazirliyinin rəsmi sosial şəbəkə hesablarında canlı olaraq yayımlanıb.

Qeyd edək ki, may ayında “Ağıllı uşaq” əyləncəli intellektual oyununun Naxçıvan şəhər birinciliyi keçiriləcək. Birincilikdə bağçalarda keçirilən oyunlarda qalib olmuş komandalar iştirak edəcək.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: