Kəngərli rayonunda “Mütaliə aylığı” uğurla davam edir - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, “Mütaliə aylığı ilə bağlı Kəngərli Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında dram əsərlərindən səhnələşdirilmiş parçaların müsabiqəsi keçirilib. 

Sonra şagirdlər hazırladıqları səhnəcikləri təqdim ediblər. Müsabiqənin rayon mərhələsində ümumtəhsil məktəblərindən, ümumilikdə, 12 kollektiv iştirak edib. Seçim turunda kollektivlərin çıxışı 10 ballıq sistemlə qiymətləndirilib. İştirakçıların çıxışlarının qiymətləndirilməsi zamanı şagirdlərin səhnə danışığı və mədəniyyəti, obrazlı ifası, səhnə və musiqi tərtibatı, geyimi münsiflər tərəfindən əsas şərt kimi götürülüb.

Müsabiqədə həmçinin “Pedaqoji fikir tarixindən” kitabından götürülən  “Ana dili”, “Yeddi qız” əsərlərindən səhnəciklər təqdim olunub, müəllimə həsr olunmuş şeirlər bədii qiraət edilib. 

Müsabiqənin nəticələrinə görə, Qarabağlar kənd 1№-li tam orta məktəbin şagirdlərinin Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-mərdi xəsis” komediyasından təqdim etdiyi səhnəcik I, Böyükdüz kənd tam orta məktəbinin şagirdlərinin Mirzə Fətəli Axundzadənin “Hekayəti Müsyo Jordan həkimi-nəbatat və dərviş Məstəli şah caduküni məşhur” əsərindən təqdim etdiyi səhnəcik II, Akademik Zərifə Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbinin şagirdlərinin Cəlil Məmmədquluzadənin “Poçt qutusu” hekayəsindən hazırladıqları səhnəcik isə  III yerə layiq  olub.

Qaliblərə Kəngərli Rayon Təhsil Şöbəsi tərəfindən diplom və qiymətli hədiyyələr təqdim edilib.

Qeyd edək ki, rayon mərhələsinin qalibi olmuş Qarabağlar kənd 1№-li tam orta məktəbin kollektivi Kəngərli rayonunu muxtar respublika mərhələsində təmsil edəcək. 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: