Şərur rayonuna ekskursiya təşkil olunub - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN- a bildirilib ki, gənclərin "Naxçıvanı tanıyaq" devizi altında Şərur rayonuna ekskursiyası təşkil olunub. Ekskursiya çərçivəsində gənclər Şərur rayonundakı Tarix-Diyarşünaslıq Muzeyi, Yengicə hamamı, Şərur Rayon İdman Kompleksi, Arpaçay üzərində Heydər Əliyev adına su anbarı və İmamzadə ziyarətgahı ilə tanış olublar. Ekskursiyada muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan 25 nəfər gənc iştirak edib.

Qeyd edək ki, ekskursiya Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi, Şərur Rayon İcra Hakimiyyəti və Gənclər Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilib.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: