Naxçıvan televiziyasının kollektivi Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, mayın 10-da, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Naxçıvan Televiziyasının kollektivi Naxçıvan şəhərinin Baş meydanında ucaldılan Ulu Öndərin abidəsini ziyarət edib.
Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, görkəmli dövlət xadimi Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, onun xatirəsi dərin ehtiramla yad edilib.