WUF13 Azərbaycan: Festivalın növbəti dayanacağı Xankəndi olub - FOTOLAR

A- A A+

Ölkə ictimaiyyətinin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) haqqında məlumatlandırılması məqsədilə növbəti WUF13 Festivalı Xankəndi şəhərində keçirilib.

NUHÇIXAN xəbər verir ki, festivalın axşam proqramı Xankəndi şəhərinin Zəfər meydanında təşkil olunub.

“WUF13 Azərbaycan” Əməliyyat Şirkətinin məzmun və media əlaqələri üzrə baş meneceri Eldar Rəsulov tədbir iştirakçılarına festivalın məqsədi, əhatə dairəsi və tədbir proqramı haqqında geniş məlumat verib.

İctimai proqram çərçivəsində interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular geniş auditoriyaya çatdırılıb. WUF13-ün əsas mövzusu və ideyaları barədə ətraflıməlumat təqdim olunub.

Rəngarəng konsert proqramı ilə davam edən festival atəşfəşanlıqla başa çatıb.

Xatırladaq ki, WUF13 çərçivəsində növbəti festival Sumqayıt şəhərində keçiriləcək. Festivala mayın 13-də Bakı şəhərində Dənizkənarı Bulvar ərazisində yerləşən Saat Qülləsi meydanında yekun vurulacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: