“Dram müsabiqəsi”nin şəhər və rayon mərhələsi keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, “Mütaliə aylığı” çərçivəsində Heydər Əliyev Uşaq Gənclər Yaradıcılıq Mərkəzində görkəmli Azərbaycan yazıçılarının dram əsərlərindən parçalar səhnələşdirilib, eləcə də “Dram müsabiqəsi”nin şəhər və rayon mərhələsi keçirilib.

Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin müavini Heyran Əhmədova bildirib ki, muxtar respublikanın şəhər və rayonlarında, ümumilikdə, 147 məktəbin iştirak etdiyi dram müsabiqəsində şagirdlər tərəfindən “Pedaqoji fikir tarixindən” və Azərbaycan yazıçılarının dram əsərlərindən seçmələri səhnələşdirilib. Müsabiqədə hər bir məktəb 1 dram əsəri ilə iştirak edib. Səhnəciklər münsiflər heyəti tərəfindən qiymətləndirilib. 

Naxçıvan şəhər mərhələsində 3 nömrəli tam orta məktəbin şagirdlərinin hazırladığı Cəlil Məmmədquluzadənin “Anamın kitabı” dramı birinci yerə layiq görülüb. 

Şəhər və rayon mərhələsində qalib gələn məktəblər 22 aprel tarixində keçirilən muxtar respublika mərhələsində iştirak edəcəklər.

Röyal Kərimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: