Deputat: Azad olunmuş ərazilərdə 85 minə yaxın vətəndaş məskunlaşıb və təhsil alır

A- A A+

Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində mövqeyini daha da gücləndirib və regional "orta güc"ə çevrilib.

NUHÇIXAN xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Deputat bildirib ki, Azərbaycan MDB-də münaqişəyə məruz qalan ölkələr arasında ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən ilk dövlətdir:

"Müasir Azərbaycan 88 milyard dollardan çox valyuta ehtiyatları ilə öz ehtiyatlarının ÜDM-ə nisbəti ilə dünyada ən yaxşı yerlərində qərarlaşan dövlətdir. Xarici borcun ÜDM-dəki 6.5 faizi ilə dünyadan ən yaxşı onluğa daxil olan Azərbaycan eyni zamanda 76 milyard dollara yaxın ÜDM ilə Cənubi Qafqaz iqtisadiyyatında drayverə çevrilmiş dövlətdir".

V.Bayramov əlavə edib ki, Azərbaycan Zəfərdən keçən qısa müddətdən işğaldan azad oluna ərazilərə yalnız dövlət büdcəsindən 23 milyard manatdan çox vəsait ayıran və 85 minə yaxın vətəndaşımızın həmin ərazilərimizdə məskunlaşmasını, işləməsini və təhsil almasını təmin edən dövlətdir:

"Bugünkü Azərbaycan son 4 ildə yalnız Avropaya 57 milyard kub metrdən çox qaz nəql edərək 16 ölkənin enerji təhlükəsizliyinə töhfə verən dövlətdir.

Son 30 ildə iqtisadiyyatına 300 milyard dollardan çox xarici sərmayə cəlb edən Azərbaycanda yalnız son 6 ildə 3 milyondan çox vətəndaşımızı əhatə edən 5 sosial paket reallaşdırılıb.

Bugünkü Azərbaycan İlham Əliyevin rəhbərliyi yalnız regional deyil, bir sıra qlobal məsələlərdə söz sahibi olan dövlətdir.

Nəhayət, ən əsası, bugünkü Azərbaycan Ulu Öndərin memarı olduğu dövlətdir".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: