Pendir bakteriyaları allergiyanın müalicəsində faydalı ola bilər

A- A A+

Məlum olub ki, pendir bakteriyaları gistaminin - allergiyanın əsas törədicisinin əmələ gəlməsinin qarşısını ala bilər.

Avstriya və ABŞ-dan olan beynəlxalq alimlər qrupu böyük kəşf ediblər: bəzi pendir növlərinin üst hissəsində olan bakteriyalar insanda allergiya törədən gistaminləri yox etmək bacarığına malikdir.

NUHÇIXAN “MedikForum”a istinadla xəbər verir ki, bu tədqiqat barədə “Scientific Reports” yazır.

Məlumdur ki, pendir istehsalı zamanı məhsul müəyyən müddət ərzində xüsusi mühitdə saxlanılır. Məsələn, parmezan pendirinin hazırlanma texnologiyası bu cürdür. Pendir bu yolla “yetişənə qədər” onun səthində bakteriyalar yaranır və məhsulu xarici patogenlərdən qoruyur.

Tədqiqatçılar bu bakteriyaların pendirin dadının formalaşmasındakı rolunu ətraflı öyrənmək qərarına gəliblər. Onlar genetik analiz həyata keçirərək, bu bakteriyaların bir neçə ştammının genomunun şifrəsini açıblar. Nəticədə mütəxəssislər bu mikroorqanizmlərin DNT-sində gistaminin emalına cavabdeh olan sahələr tapıblar.

Bu bakteriyalar əslində allergiyaya qarşı təbii dərmandır. Eksperiment çərçivəsində alimlər onlar tərəfindən aşkar edilən bakteriya ştammlarını gistaminin mövcud olduğu şəraitdə yerləşdiriblər. Onlar allergen emal edərək böyüməyə başlayıblar. Gistaminlə qarşılaşmayan bakteriyalarda isə buna bənzər hal baş verməyib.

Bu istiqamətdə tədqiqatlar hələ davam edir. Alimlər allergiyanın müalicəsində pendir bakteriyalarının daha hansı növlərinin faydalı ola biləcəyini müəyyən etmək istəyirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: