Mütəxəssislər gələcəyin iqtisadçıları ilə görüşüblər - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi “Naxçıvan” Universitetinin iqtisadiyyat ixtisasında təhsil alan tələbələri ilə görüş keçirib, startapların yaradılması və istehsalatda tətbiqi məsələləri müzakirə olunub.      

Universitetin rektoru, professor İsmayıl Əliyev “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” sərəncamdan irəli gələn vəzifələrdən danışıb. Bildirib ki, ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi bilikli və təcrübəli gənc kadrların hazırlanmasına böyük imkanlar yaradır.

Nazirliyin Sahibkarlığın inkişafı şöbəsinin müdiri Mircavid Tağızadə “Naxçıvan Muxtar Respublikasında sahibkarlıq mühitinin mövcud vəziyyəti, özəl sektorun iqtisadiyyatımızda rolu” mövzusunda çıxış edərək deyib ki, sahibkarlığın inkişafına, eləcə də özəl sektora göstərilən diqqət və qayğı yeni-yeni iş yerlərinin açılmasına, müəssisələrin səmərəli fəaliyyətinə təkan verir. Bu isə öz növbəsində yerli məhsul istehsalının çeşidinin artmasına və keyfiyyətinin yüksədilməsinə stimul yaradır.

Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov  sahibkarlığa gedən yoldan, biznes fəaliyyətindən, muxtar respublikanın iqtisadiyyatının yüksədilməsində sahibkarlıq subyektlərinin rolundan danışıb, rəhbərlik etdiyi “Cahan” Holdinq şirkətlər ittifaqının fəaliyyət sahələri və biznesin təşkili haqqında məlumat verib.

İqtisadiyyat Nazirliyinin “Elmi Tədqiqat və Tədris Mərkəzi”nin elmi işçisi Mehparə Məmmədova startap  layihələri və onların əhəmiyyətindən söhbət açıb.

Universitetin iqtisadiyyat fakültəsinin dekanı, iqtisad üzrə fəlsəfə doktoru Mehriban İmanova keçirilən tədbirin əhəmiyyəti ilə bağlı bildirib ki, tələbələrin əldə etdikləri nəzəri biliklərin praktika ilə uyğunlaşdırılması, həyata keçirilən istehsalat təcrübələri, irəli sürülən  yeni layihələr  öz səmərəsini verir.

Sonda tələbələri maraqlandıran  suallar cavablandırılıb.

     Məhəmməd Fərəcov

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: