Startapların hazırlanması və tətbiqi məsələləri müzakirə olunub - FOTOLAR

A- A A+

“Şərq qapısı” qəzetinin redaksiyasında Naxçıvan Dövlət Universitetinin hamiliyə götürülmüş Jurnalistika ixtisası tələbələri ilə birgə startapların hazırlanması və tətbiqi məsələləri müzakirə olunub.

Qəzetin redaksiya heyətinin və Naxçıvan Mətbuat Şurası üzvlərinin, digər qəzet redaktorlarının iştirakı ilə keçirilən tədbiri “Şərq qapısı” qəzetinin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Mehriban Sultan açıb.

Mehriban Sultan “Şərq qapısı” qəzetinin hami təşkilat kimi həyata keçirdiyi tədbirlərdən, son iki ildə Jurnalistika ixtisasının 3 məzununun redaksiyada işlə təmin edilməsindən, jurnalist tələbələrdən Qızbəsti Sultan, Nardanə Əliyeva, Məmməd Qurbanlı və Mahsun Bədəlovun qəzetlə fəal əməkdaşlığa cəlb olunmasından danışıb. Qeyd olunub ki, müvafiq sərəncamın icrası, tələbələrin jurnalistika sahəsindəki fəallığını artırmaq, mətbuat qurumları ilə yaradıcılıq əlaqələrini gücləndirilmək, mətbuatda müntəzəm çıxışlarını təmin etmək məqsədilə “Şərq qapısı”nda yeni “Estafet” rubrikası yaradılıb. Çıxışda tələbələrlə əməkdaşlığın inkişaf etdirilməsi, onların müvafiq şöbələrə təhkim olunaraq ideya, mövzu, yaradıcılıq baxımından istiqamətləndirilməsi, “Auditoriyadan redaksiyaya!” devizi ilə hər ay qəzetin bir nömrəsinin startapçı tələbələr tərəfindən nəşrinin təşkili və digər yeni startap layihələrin həyata keçirilməsi ilə bağlı fikirlər səsləndirilib.            

Tədbirdə Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynov çıxışında  jurnalist tələbələrin Mətbuat Şurası, muxtar respublikanın digər mətbuat orqanları ilə müntəzəm əməkdaşlığa cəlb olunmasının, onların muxtar respublika ilə bağlı materialların sosial şəbəkələr vasitəsilə təbliğində fəallaşmalarının zəruriliyini vurğulayıb. “Şərq qapısı” qəzetinin baş redaktor müavini, startap üzrə ekspert Rauf Kəngərli müvafiq sərəncamın jurnalistika sahəsində təşəbbüskar və yaradıcı potensiala malik gənclərin üzə çıxarılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib, yeni startap layihələrinin hazırlanması və qiymətlindirilməsi haqqında məlumat verib. Naxçıvan Dövlət Universitetinin Jurnalistika və kitabxanaçılıq kafedrasının müdiri, dosent Şəhla Şirəliyeva muxtar respublikada jurnalist ixtisası üzrə ali təhsilli mütəxəssis hazırlığı, həmin kadrların müvafiq işlə təmin olunması üçün yaradılan şəraitdən, hami təşkilat olan “Şərq qapısı” ilə birgə kadr hazırlığı istiqamətində görülən işlərdən, mütərəqqi düşüncəli, yenilikçi, ideyaverici jurnalist gənclərin yetişdirilməsi istiqamətində qarşıda duran vəzifələrdən danışıb.                    

Tədbir dikussiya şəklində davam etdirilib, tələbələrin sualları cavablandırılıb, təkliflər dəyərləndirilib.                                      

Tələbələr “Şərq qapısı” qəzetinin iş prosesi ilə maraqlanıb, redaktə, növbətinömrənin tərtibatı, fotojurnalistika işini əyani şəkildə izləyiblər.

 

Turab Hacızadə

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: