NUHÇIXAN xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunun professor-müəllim heyəti və tələbə kollektivi “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində olublar. Muzeydəki eksponatlar, eradan əvvəl 3-2-ci minilliklərə-Tunc dövrünə aid olan duz mədənlərində əmək aləti kimi istifadə olunmuş daş gürzlər, tarixi əşyalar tələbələrin marağına səbəb olub.
Naxçıvan Müəllimlər İnstitutunun kollektivi “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin yaxınlığında yerləşən Nuh peyğəmbərin məzarüstü türbəsini də ziyarət ediblər.