Naxçıvan Dövlət Kukla Teatrı Türkiyə teatrları ilə əməkdaşlığa başlayıb - FOTOLAR
M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı ilə Ərzurum Böyükşəhər Bələdiyyəsi şəhər teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb.
NUHÇIXAN xəbər verir ki, memorandum Azərbaycan və Türkiyə arasında mövcud olan qardaşlıq münasibətlərinin mədəniyyət sahəsində daha da möhkəmləndirilməsi, ortaq teatr layihələrinin həyata keçirilməsi, qarşılıqlı qastrol səfərləri, təcrübə mübadiləsi və birgə festivalların təşkili məqsədi daşıyır.