NUHÇIXAN xəbər verir ki, Ordubadda növbəti dispanserizasiya tədbiri təşkil edilib. Rayon Mərkəzi Xəstəxanasının pediatr, stomatoloq, kardioloq, cərrah-ortoped, LOR, nevropatoloq və digər ixtisaslı həkimlərdən ibarət briqadası Ordubad şəhər 3 nömrəli tam orta məktəbinin 587 şagirdini müayinədən keçirib. Xəstəliyi dəqiqləşdirilən şagirdlər üçün müvafiq konsultasiyalar, eləcə də lazımi müalicə tədbirləri təşkil olunub. 61 şagird dispanser qeydiyyatına alınıb.
Qeyd edək ki, həftə ərzində xəstəxana tərəfindən Dəstə kəndində də uşaqların kütləvi profilaktik müayinələri həyata keçirilib. Müayinələr aprelin 25-dək davam etdiriləcək.
Emin Novruzov