Bu ilin dörd ayında pensiyalara yönəldilən vəsait açıqlanıb

A- A A+

Bu ilin yanvar-aprel aylarında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (248 milyon manat) çox olmaqla 2 milyard 608 milyon manat vəsait yönəldilib.

Bu barədə NUHÇIXAN-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, pensiyalarda artım dinamikası davam edir. Cari ilin əvvəlindən pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb və 2026-cı il mayın 1-nə pensiyaların orta aylıq məbləği ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz artaraq 594 manata, o cümlədən yaşa görə orta aylıq pensiyanın məbləği 632 manata çatıb.

Yanvar-aprel ayları ərzində 15 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən isə 193 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: