“Cult of Mac” portalı çinli analitik Mini Çji Kuoya istinadən cari ilin ikinci yarısında satışa çıxarılması gözlənilən yeni “iPhone”-nun xüsusiyyətləri haqda məlumat verib.
NUHÇIXAN “iz.ru” saytına istinadən xəbər verir ki, smartfonda ön kameranın təsvir ölçüsü 8-dən 12 meqapikselə kimi yüksələcək. Bundan başqa, ön kamera xüsusi örtüklə gizlədiləcək.
Həmçinin əsas kamera genişformatlı çəkiliş üçün üçüncü obyektivlə təchiz edilə bilər.