“Ehsan xan Kəngərli” tamaşası Kəngərlidə oynanılıb - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı Xaqani Əliyevin “Ehsan xan Kəngərli” tarixi dramı əsasında hazırladığı tamaşanı Kəngərli Rayon Mədəniyyət Sarayında rayon sakinlərinə göstərib.

“Ehsan xan Kəngərli” tarixi dramı XIX əsrin əvvəllərində Naxçıvan xanlığında baş verən ictimai-siyasi hadisələri əks etdirir. Rusiya-İran müharibəsi və Naxçıvanın ruslar tərəfindən işğal olunması əsərin əsas süjet xəttini təşkil edir.

Bu maraqlı tamaşanın elmi məsləhətçisi akademik İsmayıl Hacıyev, quruluşçu rejissoru Xalq artisti Kamran Quliyev, quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Əbülfəz Axundov, musiqi tərtibatçısı Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi İmamqulu Əhmədovdur.

Qeyd edək ki, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı “Ehsan xan Kəngərli” tamaşasını muxtar respublikanın bütün rayonlarında göstərməyi nəzərdə tutub.

Əli Rzayev

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: