Əcnəbi tələbələr “Heydərbabaya salam” poemasını bədii qiraət ediblər - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında Azərbaycan şairi Məmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması müzakirə edilib. Tədbirdə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov poemanın “Oxunması zəruri olan kitabların siyahısı"nda yer aldığını qeyd edib. Diqqətə çatdırıb ki, Şəhriyarın bu ölməz əsəri nəsildən-nəslə ötürüləcək və yaddaşda qalacaqdır.
Universitet Elmi Kitabxanasının direktoru Fariz Əhmədov qeyd edib ki, iki hissədən ibarət olan poemanın birinci hissəsi Tehranda, ikinci hissəsi isə Təbrizdə yazılıb. Vurğulanıb ki, sadə bir formada yazılan poema hələ əlyazma şəklində yayılaraq şöhrət tapıb və 2003-cü ilin mart ayında Təbrizdə nəşr olunub.
Sonra tələbələrin ifasında “Heydərbabaya salam” poeması bədii qiraət edilib. Poemanın bədii qiraətində Türkiyə, İran və Nigeriyadan olan tələbələr də fəal iştirak edib.
Daha sonra Şəhriyarın həyat və yaradıcılığını özündə əks etdirən videoçarx nümayiş olunub.
Səadət Əliyeva