Ali təhsil ocağında Karyera günü keçirilib

A- A A+

Kapital Bank Naxçıvan Dövlət Universitetinin İqtisad və beynəlxalq münasibətlər və Xarici dillər fakültələrinin dördüncü kurs və magistr pilləsində təhsil alan tələbələri üçün Karyera günü təşkil edib.

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NUHÇIXAN-a bildirilib ki, tədbirdə Tədris şöbəsinin müdiri Şahin Əliyev universitet haqqında ümumi məlumat verib.

Kapital Bankın İşə Qəbul Şöbəsinin baş mütəxəssisi Fidan Qasımova qeyd edib ki, Kapital Bank daim təhsil layihələrinə diqqət ayırır. Beynəlxalq Təhsil Sərgisi, Respublika Fənn Olimpiadası, Azərbaycan üçün öyrət, Təhsil Avtobusu, Sabah qrupları ilə layihələrdə iştirak, o cümlədən İqtisad Universiteti, Bakı Mühəndislik Universiteti, ADA Universiteti və digər qurumlarla əməkdaşlıq buna əyani sübutdur. Yaxın gələcəkdə təhsillə bağlı yeni layihələrin keçirilməsi planlaşdırılır.

Vurğulanıb ki, Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank 98 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir.

Sonda tələbələr üçün ayrıca otaq ayrılıb və tələbələr öz CV- lərini təqdim ediblər.

Badəm Məmmədova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: