Cəviz ləpəsinin qəbulu zehni inkişafı yaxşılaşdırır

A- A A+

Qədim skiflərdə və romalılarda cəviz sevimli qida sayılırdı. Ondan toy ziyafətlərində şirniyyat hazırlanması məqsədilə istifadə edilirdi və yunan cəvizi nikahın simvolu hesab olunurdu.

NUHÇIXAN mail.ru saytına istinadla xəbər verir ki, cəviz ağacının fitonsid keyfiyyətləri var, onun bitdiyi yerə həşəratlar gəlmir, həmin ərazidə güvə və milçək olmur.

Şərq təbabəti hesab edir ki, cəviz beyini, ürəyi və qaraciyəri möhkəmlədir. Qədim tacik təbabətinin traktatlarına əsasən cəviz ləpələrinin südlə birgə qəbul edilməsi sağlamlığa müsbət təsir göstərir və orqanizmdən zərərli maddələrin xaric olunması üçün təsirli vasitədir. Onu həzm pozğunluğu zamanı təyin edirdilər.

Bir ovuc cəviz ləpəsinin qəbul edilməsi şəkərli diabet xəstələrinin ürəktutma və insult keçirməsi riskini xeyli azaldır. Bu məqsədlə diabetdən əziyyət çəkənlər üzərində tədqiqat aparılıb. Məlum olub ki, gündə təqribən 7 ədəd cəviz və 24 ədəd badam yeyən diabet xəstələri bir həftədən sonra özlərini yaxşı hiss edirlər. Cəviz və badam yeyən xəstələrin qanında şəkərin səviyyəsi, qan təzyiqi göstəriciləri və damar divarlarının işi xeyli yaxşılaşır. Alimlərin fikrincə, gündə bir neçə cəviz ləpəsi yeyilməsi zehni inkişafa da müsbət təsir göstərir.

Bir kiloqram cəviz ləpəsinə üzəri örtülənədək soyuq su əlavə edilir, günaşırı suyu dəyişdirilmək şərtilə gündə iki həftə qarışdırılır, soyuducunun aşağı gözündə saxlanılandan iki həftə sonra qəbul etmək olar.

Gündə üç ədəd cəvizin ləpəsi səhər və axşam qəbul edilir. Onun qəbul edilməsi orqanizmi hüceyrə səviyyəsində cavanlaşdırır, əsəb və immun sisteminin, sümük toxumalarının qidalanmasını, qan-damar sisteminin fəaliyyətini yaxşılaşdırır.

Mədəaltı vəzin (pankreatit) fəaliyyətinin pozulması zamanı onu ehtiyatla qəbul etmək lazımdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: