Sağlamlıq imkanları məhdud şəxslər arasında yarış - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, sağlamlıq imkanları məhdud şəxslər arasında yüngül atletika yarışı keçirilib.

"Naxçıvan Muxtar Respublikası- 95" devizi ilə keçirilən yarış Muxtar Respublika Stadionunda reallaşıb. 21 paralimpiyaçının mübarizə apardığı birincilikdə Nihal İmanov hər kəsi üstələyərək qalib olub. Məmili Məmmədov II, Dinar Rzayev isə III sırada qərarlaşıb. 

Mükafatlandırılma mərasimində çıxış edən Gənclər və İdman naziri Azad Cabbarov və Paralimpiya Federasiyasının sədri, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev muxtar respublikada sağlamlıq imkanları məhdud şəxslərin idmana cəlb olunmasından danışıb. Qeyd olunub ki, bu kateqoriyadan olan şəxslərin asudə vaxtlarının təşkili, idman yarışlarında iştirakı və sosial reabilitasiyası məqsədilə müvafiq addımlar atılır. 

Sonda ilk üçlükdə qərarlaşanlara diplom və hədiyyələr, digər iştirakçılara isə həvəsləndirici mükafatlar təqdim olunub.  

 

Emil Səmədov 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: