Ali təhsil ocağında “Yer Kürəsi Günü” qeyd olunub - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universiteti Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsində “Yer Kürəsi Günü” adlı elmi-praktik konfrans keçirilib.

Universitetin rektoru  Saleh Məhərrəmov "Yer Kürəsi Günü" ilə bağlı tədbir iştirakçılarına geniş məlumat verib.

Sonra Coğrafiya üzrə fəlsəfə doktoru, dosent Əli Həsənov “Yer Kürəsi Günü”nün qeyd edilməsi və Yer kürəsinin inkişaf tarixi” mövzusunda çıxış edərək bu bayramın tədricən beynəlxalq xarakter aldığını, hazırki dövrdə 150-yə yaxın ölkədə, o cümlədən Azərbaycanda qeyd olunduğunu bildirib. 

Daha sonra “Naxçıvan Muxtar Respublikasında bitki örtüyünün mühafizəsi məsələləri” mövzusunda və “Naxçıvan Muxtar Respublikasında torpaq deqradasiyası və onun mühafizəsi məsələləri” mövzusunda tələbələr çıxış ediblər.

Sonda mövzu ilə bağlı videoçarx izlənildikdən sonra ağacəkmə aksiyasına start verilib.

 

Badəm Məmmədova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: