Sədərəkdə “Mütaliə aylığı” çərçivəsində tədbirlər davam edir - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Təhsil Nazirliyi və Sədərək Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Moris Meterlinkin “Göy quş” əsərinin müzakirəsi keçirilib.
Tədbirdə çıxış edən təhsil nazirinin müavini Heyran Əhmədova gənc nəsildə mütaliəyə marağı artırmağın vacibliyi, onlarda mütaliə mədəniyyətinin formalaşdırılması və digər vərdişlərin yaradılmasının əhəmiyyətindən danışıb.
Həmin gün Sədərək rayon ümumtəhsil məktəblərində də eyni adlı əsərin müzakirəsi aparılıb, şagirdlər tərəfindən əsər haqqında esse yazılıb.