Elçin Yusubov: Xankəndi, Ağdərə və Xocalı rayonlarında özəl layihələrə 100 milyon manatdan çox investisiya cəlb edilib

A- A A+

Hazırda Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında özəl layihələrə 100 milyon manatdan çox investisiya cəlb edilib və təxminən 4000 nəfər işlə təmin olunub.

NUHÇIXAN xəbər verir ki, bu sözləri Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Azərbaycan pavilyonunda keçirilən “Münaqişədən sonra şəhərsalma: Məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması” mövzusunda tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, Xankəndidə imzalanmış əməkdaşlıq müqavilələrinin sayı 426, Ağdərə 80, Xocalıda isə 138-dir: “Bunlara ticarət, maliyyə, kənd təsərrüfatı, sənayə müəssisələri və digərləri daxildir”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: