Elçin Yusubov: Xankəndi, Xocalı və Ağdərədə, ümumilikdə, 32 minə yaxın şəxs məskunlaşıb

A- A A+

Hazırda Xankəndi, Xocalı və Ağdərədə irimiqyaslı infrastruktur layihələri, bərpa və quruculuq işləri həyata keçirilir. Ərazidə, ümumilikdə, 32 minə yaxın şəxs məskunlaşıb, onlardan 2011 ailə olmaqla, 8153 nəfər öz yurdlarına qayıtmış keçmiş məcburi köçkünlərdir.

NUHÇIXAN xəbər verir ki, bu sözləri Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Azərbaycan pavilyonunda keçirilən “Münaqişədən sonra şəhərsalma: Məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması” mövzusunda tədbirdə çıxışı zamanı deyib.

“Ərazi üzrə mövcud 116 yaşayış məntəqəsindən 20-si bərpa edilərək əhalinin qayıdışı təmin olunub”, - deyə o əlavə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: