Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində Ermənistanın növbəti təxribatının qarşısını alarkən şəhid olmuş əsgər Adil Əli oğlu Tatarov müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə “Şücaətə görə” medalı ilə təltif olunub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildiriblər ki, medal mayın 22-də Ağstafa rayonunun Qıraq Kəsəmənli kəndində Adil Tatarovun ailəsinə təqdim ediləcək.
Xatırladaq ki, mayın 20-də düşmənin növbəti təxribatının qarşısını alarkən həlak olan şəhid Adil Tatarov doğulduğu Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində son mənzilə yola salınıb.