“Ahıllar Evi”ndə“Bir səbət təbəssüm” adlı layihə keçirilib - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Şahbuz rayon “Ahıllar Evi”ndə gənclərin iştirakı ilə “Bir səbət təbəssüm” adlı görüş keçirilib.
Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin əməkdaşı Valeh Mahmudov muxtar respublikada gənclərin fəallığı, həmçinin hazırladıqları müxtəlif layihələr barədə məlumat verib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı Naib Əlizadə, Şahbuz Rayon İcra Hakimiyyətinin əməkdaşı Söhrab Kərimov isə bu gün muxtar respublikada ahıllar və sağlamlıq imkanları məhdud şəxslər üçün yaradılan şərait və onlarla bağlı görülən işlərdən danışıblar.
“Bir səbət təbəssüm” layihəsinin ideya müəllifi, Naxçıvan Dövlət Universitetinin tələbəsi Fərid Əkbərli bildirib ki, layihəni hazırlamaqda məqsəd “Ahıllar Evi”ninyaşlı sakinləri ilə gənclərin arasında sosial əlaqələrin qurulması, onlarınhər zaman qayğı ilə əhatə olunmasınıgöstərməkdir.
Sonra gənclər rəqs nömrələri nümayiş etdirib, musiqi və şeirlərsəsləndiriblər. Sonda isə Gənclər və İdman Nazirliyi tərəfindən “Ahıllar Evi”nin sakinlərinə hədiyyələr təqdim olunub. Tədbirdə 30-a yaxın gənc iştirak edib.